"Rusiya Avropa ilə müharibəyə hazırdır, lakin belə bir müharibə istəmir. Bu qarşıdurmada isə ümumiyyətlə qalib olmayacaq".
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
"Çoxları yalnız 2030-cu ilə qədər (Rusiya ilə) müharibəyə hazırlaşmaqdan danışır. Bu, düzgündürmü? Xeyr. Biz, ilk növbədə, hazırıq, lakin Avropa ilə heç bir müharibə istəmirik. Əgər kimsə müharibə istəyirsə, qoy hazırlaşsın", - deyə Putin Rusiya-Afrika sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O, Norveç və Finlandiya rəhbərləri ilə son söhbətinə münasibət bildirərkən bu fikirləri səsləndirib.
Rusiya Prezidenti Moskvanın strateji məğlubiyyətə uğradılmasını istəyənlərə xəbərdarlıq edib:
"Onlar indiyədək Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədlərinə nail ola bilməyiblər. 2030-cu ilə qədər də buna nail ola biləcəkləri inandırıcı görünmür".
"Əgər məsələ çox uzağa gedərsə, ümumiyyətlə, heç bir qalib olmayacaq. Qoy heç kim bunu unutmasın", - deyə Rusiya dövlət başçısı vurğulayıb.