Finlandiya Prezidenti Aleksander Stubb hökumətin müvafiq təkliflə çıxış edəcəyi təqdirdə Fələstin dövlətini tanımağa hazır olduğunu açıqlayıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Stubb Fransa, Böyük Britaniya və Kanadanın Fələstin məsələsi ilə bağlı mövqelərinə diqqət çəkib.
"Fələstin dövlətinin tanınması təklifi alsam, onu təsdiqləməyə hazıram. Fransa, Böyük Britaniya və Kanada kimi ölkələrin qərarları sülh prosesinə yeni nəfəs vermək üçün Fələstini tanımaq meyilini gücləndirir", - o deyib.
Prezident, həmçinin Finlandiyada Fələstinin tanınması ilə bağlı müxtəlif fikirlərin və bəzi narahatlıqların olduğunu qeyd edərək, məsələ üzrə açıq və dürüst müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.