Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Finlandiyada birinci sinif şagirdləri Rusiya sərhədini keçiblər
Finlandiyanın Rusiya ilə sərhədinə yaxın axan Kokkola çayına ekskursiyaya gedən Savonlinna şəhərindən olan birinci sinif şagirdləri tədbirdə iştirak etmək əvəzinə sərhədi keçiblər.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, digərlərindən ayrılan beş-altı şagird meşəyə, sərhəd xəttinə qədər gedib və Rusiya tərəfinə keçib. Məktəblilər qırmızı-yaşıl sərhəd sütununun yanından keçərkən özlərini lentə alıblar.
Finlandiya sərhədçiləri məktəbliləri saxlayıblar. Adı açıqlanmayan məktəb direktorunun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Putin universal hava hücumundan müdafiə sistemi yaratmağı tapşırdı
- Ukrayna 2022-ci ilin sonundan bəri ən çox ərazini ötən ay itirib
- Rusiyada mədəndə uçqun: Ölən və yaralanan var
- Vuçiç Rusiyanın hərəkətlərini pisləyən bəyanatı imzalamadı
- Zelenski: "Rusiya Odessanı tutaraq, Moldova və Rumıniyanın sərhədlərinə çıxmaq istəyir"
Ən çox oxunanlar