Estoniyanın prezidenti Kersti Kalyulayddın etibarlı şəxsdə olan kredit kartına dair məlumatlar amerikalı fırıldaqçıların əlinə düşüb, onlar 2800 avro dəyərində alış-veriş ediblər. Amma fırıldaqçılıq nəzərə çarpıb və prezident dəftərxanası pulları geri qaytara bilib.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə “Postimees” yazır.
Amerikanın “Ross Stores” mağazasında ümumilikdə 2800 dollar məbləğində alış-veriş olub. Bununla yanaşı, kart istifadəçisi həmin zaman Estoniyada olub.
Alış-veriş ləğv edilib, pullar prezident dəftərxanasına geri qaytarılıb.
N.O.
www.oxu.az