Amerikanın “Forbes” jurnalının reytinqinə görə, dünyanın ən bahalı kinoaktyoru “Qisasçılar”ın ulduzu Robert Dauni kiçik oldu.
Oxu.Az xəbər verir ki, nəşr onun 2014-cü ilin iyun ayının 1-dən 2015-ci ilin iyun ayının 1-nə qədər olan gəlirini 80 milyon dollar məbləğində dəyərləndirib.
Siyahıda ikinci yeri honkonqlu Ceki Çan tutur, onun gəliri 50 milyon dollardır.
Üçüncü yerdə Vin Dizel 47 milyon dollar, dördüncü yerdə - Bredli Kuper (41,5 milyon), beşinci yerdə - Adam Sendler (41 milyon), altıncı yerdə - Tom Kruzdur (40 milyon).
Yeddinci yeri Bollivudun nümayəndələri Amitbah Baççan və Salman Xan (33,5 milyon dollar) bölüblər. Doqquzuncu yeri də hind aktyoru Akşay Kumar tutub, onun gəliri 32,5 milyon dollar məbləğində dəyərləndirilib.
Top-10-luğu 32 milyon dollar ilə Mark Uolberq tamamlayır.