"Formula-1" üzrə bütün zamanların rekordu Macarıstan Qran-prisinin təsnifat mərhələsində müəyyənləşib.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə sıralanmadan sonra ilk onluğu cəmi 0,543 saniyə ayırıb.
Qeyd edək ki, əvvəlki rekord da 2013-cü ildə Macarıstanda qeydə alınıb və 0,577 saniyə təşkil edib.