Fransa Prezidenti Emmanuel Makron Parisin Fələstinin dövlətçiliyini tanıdığını bəyan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Fələstin problemi ilə bağlı konfransda deyib.
Qeyd edək ki, son günlərdə Böyük Britaniya, Kanada, Portuqaliya, Avstraliya da analoji addımı atıblar.