"Fransa Mərkəzi Afrika Respublikasının (MAR - red.) prezident seçkisinə müdaxilə edə bilər, çünki Paris onun suverenliyinə qarşıdır".
Oxu.Az xəbər verir ki, bunu MAR Milli Assambleyasının (parlament) birinci vitse-spikeri Evariste Nqamana TASS-a bildirib.
Nqamana seçki prosesinə xarici müdaxiləni istisna etməyib, lakin hələlik buna dair konkret dəlil göstərməyib.
Bununla belə o, Fransanı nəzərdə tutduğuna işarə edib:
"Bu, yalnız Mərkəzi Afrika Respublikasının suverenliyinə qarşı çıxanlara, ölkəmizə suverenlik bəxş edən yeni konstitusiyanın əleyhinə olanlara, istismar məqsədilə ölkəmizdə xaos yaratmaq, MAR-ı yoxsulluq və səfalət içində, uzun müddət asılı vəziyyətdə saxlamaq istəyənlərə fayda verə bilər. Özünüz təxmin edin".
Nqamana deyib ki, seçkilərə müdaxilə dolayı yollarla baş verə bilər: "Buna görə də biz xüsusilə diqqətli olmalıyıq".