Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fransa müxalifəti "monarx" Makronun devriləcəyini proqnozlaşdırır
"İtaətsiz Fransa" partiyasının koordinatoru Manuel Bompar Fransa hökumətinin tezliklə istefaya gedəcəyini proqnozlaşdırıb.
Bu barədə Oxu.Az "The Straits Times" nəşrinə istinadən xəbər verir.
Fransa Milli Assambleyasında Baş nazir Fransua Bayruya etimadsızlıq votumu ilə bağlı müzakirələr zamanı danışan Bompar belə deyib: "Cənab baş nazir, bədbəxt hökumətinizin sayılı günləri qalıb. Bu hökumət süqut etdikdən sonra, "monarx" Makron (Fransa Prezidenti Emmanuel Makronu nəzərdə tutur - red.) da devriləcək".
Onun fikrincə, hökumətə etimadsızlıq votumunun keçirilməsi üçün kifayət qədər səbəb var.
Siyasətçi, həmçinin hökumətə etimadsızlıq votumunun xeyrinə səs vermədiklərinə görə sosialistləri də tənqid edib. Bompar onların bu hərəkətini məsuliyyətsizlik adlandırıb.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Bricit Makronu kişi adlandıran jurnalist Fransanın birinci xanımını məhkəməyə verəcək
- Fransa hərbi müdafiə büdcəsini iki dəfə artırır
- Emmanuel Makron Fransada dövlət çevrilişinə hazırlaşır
- Dünya "böyük Afrika müharibəsi"nin astanasında: Fransa qarşıdurmanı qızışdırır
- Müharibədən sonra Fransa anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı
Rəylər