Fransa prezidenti Fransua Olland bəyan edib ki, “EgyptAir” şirkətinin Paris-Qahirə reysi ilə uçan təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Fransa lideri təyyarənin Aralıq dənizində qəzaya uğradığını bildirib.
Olland, həmçinin təyyarənin qalıqlarının qəzanın səbəblərini müəyyən etməyə imkan verəcəyini bildirib.
“Heç bir hipotezanı istisna etmək olmaz, heç bir hipotezaya da üstünlük vermək olmaz”, - siyasətçi bəyan edib.
Daha öncə Fransa prezidenti misirli həmkarı Abdel Fəttah as-Sisi ilə danışıb. Tərəflər axtarışlarda “sıx əməkdaşlıq” haqqında razılığa gəliblər.