Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransa qoşunlarının Nigerdən çıxarılması prosesi başa çatıb
Nigerdəki sonuncu fransalı hərbçilər ölkəni tərk ediblər.
Bu barədə Niger ordusunun leytenantı Salim İbrahim Niameydə keçirilən mərasim zamanı deyib. “Bu gün Fransa qoşunlarının Qərbi Afrikadan çıxarılması prosesi başa çatır”, - deyə o qeyd edib.
Xatırladaq ki, Fransa 26 iyul çevrilişindən sonra Nigerdən təxminən 1500 əsgər və pilotu geri çəkəcəyini bildirib. Hazırda Nigerdə hələ yüzlərlə amerikalı hərbçi, eləcə də bir sıra italyan və alman əsgərləri qalır.
Qeyd edək ki, bu, 18 aydan az müddətdə üçüncü dəfə idi ki, Fransa qoşunları Afrika regionunda bir ölkədən çıxarılır. Onlar hərbi çevrilişlərdən sonra keçən il Malidəki keçmiş koloniyalarını və bu ilin əvvəlində Burkina-Fasonu tərk etməyə məcbur olublar.
Mənbə: octagon.media
"Fransa" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
- Fransa "Nestle"yə qarşı istintaqa başlayıb
- "Le Monde": "Fransanın dənizaşırı ərazilərinin 40 faizi yoxsulluq şəraitində yaşayır"
Rəylər