Tovuzda qohumunu bıçaqlayan şəxs saxlanılıb.
“Report”un məlumatına görə, hadisə rayonun Əbulbəyli kəndində baş verib.
Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Fərhad Yusibov qohumu ilə mübahisə etdiyi zaman bıçaqlanıb.
O, ağır halda Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni, 1999-cu il təvəllüdlü Əvəz Babayevdir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
21:06
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Əbulbəyli kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Fərhad Yusibov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə F.Yusibovu kürəkəni bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.