Tovuzda ata sərxoş halda oğlunu bıçaqlayıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Ağdam kəndində baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü Aydın Məmmədov sərxoş vəziyyətdə evə gəlib. Bu zaman onunla 1997-ci il təvəllüdlü oğlu N.Məmmədov arasında mübahisə yaranıb.
Mübahisə zamanı ata əlindəki bıçaqla oğlunun boğaz nahiyəsinə daxilə keçməyən kəsilmiş-deşilmiş xəsarət yetirib.
Xəsarət alan N.Məmmədov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Aydın Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.