Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fransa Rusiya ilə mümkün toqquşmaya hazırlaşır: Ukrayna və Moldova sərhədində hərbi əməliyyatlar
Fransa hərbi topoqrafları Rumıniyada Ukrayna və Moldova ilə sərhəddə ərazinin ətraflı xəritələrini tərtib edərək gizli missiya həyata keçirirlər.
Oxu.Az-ın "Le Figaro" qəzetinə istinadla verdiyi məlumata görə, bu fəaliyyətlər NATO-nun regionda Rusiya ilə potensial toqquşmaya hazırlığı ilə əlaqədardır.
Bildirilir ki, Rumıniyaya ötən il Fransanın Quru Qoşunlarının 28-ci ayrıca hərbi hissəsinin hərbçiləri - respublikada yeganə hərbi topoqraflar bölməsi gəlib. Onların vəzifəsi mümkün münaqişə halında ərazi kəşfiyyatı və xəritələrin yenilənməsidir.
Fransalı hərbçilər xüsusilə Karpat dağətəyi və Dunay arasındakı strateji dəhliz olan Fokşan darvazalarının kartoqrafiyasına diqqət yetiriblər. NATO hesab edir ki, bu yer Rusiya ordusu tərəfindən Avropaya hücum üçün istifadə edilə bilər.
Bölmə komandiri polkovnik Giyom Şmidt qeyd edib ki, döyüş əməliyyatları şəraitində ordu peyk siqnallarının yatırılması zamanı belə əməliyyatları davam etdirməyə hazır olmalıdır.
"Müttəfiqlərə ehtimal olunan döyüş meydanı haqqında yenilənmiş məlumatlar lazım idi", - deyə fransalı polkovnik izah edib.
Qeyd edilir ki, fransalı hərbi topoqraflarla Rumıniyanın Milli Kartoqrafiya Agentliyinin birgə işinin nəticəsi kommersiya xidmətləri ilə müqayisədə daha böyük dəqiqliyə malik olan üçölçülü ərazi xəritəsi olub.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının yekunlarını açıqladı
- Rusiya nümayəndə heyəti İstanbuldakı danışıqların nəticələri ilə bağlı bəyanat verdi
- Roma Papası Rusiya-Ukrayna danışıqları üçün platforma kimi Vatikanı təklif etdi
- Zelenskinin ofisinin rəhbəri İstanbulda Rusiya ilə danışıqlara münasibət bildirdi
- Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi baş tutub