Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, pensiya islahatını təsdiqləyib - FOTO
Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.
Bunu Fransanın baş naziri Elizabet Born "Twitter"də yazıb.
“Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatlarına dair qanunun mətnini qəbul edib. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlara doğru qəti addım. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq”, - Born bildirib.
Qeyd edək ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir.
Pensiya islahatlarına dair qanuna əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.
#Vote | Après une centaine d’heures de débat, le Sénat adopte le texte de la réforme des retraites. Une étape décisive pour faire aboutir une réforme qui assurera l’avenir de nos retraites. Totalement engagée pour permettre une adoption définitive dans les prochains jours. pic.twitter.com/c2KC0XxB0s
— Élisabeth BORNE (@Elisabeth_Borne) March 11, 2023
Rəylər