Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fransada 50-dən çox namizəd və seçki fəalı hücuma məruz qalıb
"Fransa hüquq-mühafizə orqanları respublikada keçirilən parlament seçkisi iştirakçılarına, o cümlədən deputatlığa namizədlərə qarşı 51 hücum faktını qeydə alıb".
Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.
O əlavə edib ki, bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə 30-a yaxın cinayətkar saxlanılıb.
Daxili İşlər Nazirliyinin rəhbəri həmçinin xatırladıb ki, iyulun 3-də axşam saatlarında Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno, köməkçiləri və tərəfdarları ilə birlikdə təbliğat-təşviqat plakatları asarkən hücuma məruz qalıb.
Mənbə: TASS
Ən çox oxunanlar