Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fransada ABŞ nümayəndələri ilə Ukrayna münaqişəsi müzakirə olundu
Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında ABŞ-nin dövlət katibi Marko Rubio və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa liderinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, diskussiyalar əsasən Rusiya-Ukrayna münaqişəsinə son qoymağa yönəlik dinc nizamlanma üzrə danışıqlarla bağlı olub.
Qeyd olunur ki, danışıqlarda amerikalılarla yanaşı, Böyük Britaniya Nazirlər Kabinetinin təhlükəsizlik üzrə müşaviri Conatan Pauell də iştirak edib.
Bundan əlavə, tərəflər Yaxın Şərqdəki vəziyyəti və Avropa İttifaqı ilə ABŞ arasındakı tarifləri də müzakirə ediblər.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- "TikTok" Makron və Mertsin qatardakı videosunun axtarışını məhdudlaşdırıb
- Makron: "Əlimizdə olan hər şeyi Ukraynaya verdik"
- Bricit Bardo: "Bir batalyon fransız Makrondan məyusdur"
- Makrondan Putinə gözlənilməz ultimatum
- Fransa növbəti dəfə "casus oyunları" ilə gündəmdədir: Əlcəzair Parisin planlarını alt-üst edir