Fransa prezidenti Emmanuel Makron Havr şəhərinin meri Eduard Filippi ölkənin baş naziri təyin edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Yaxın zamanlarda Filipp ölkənin Nazirlər Kabinetini təşkil etməli olacaq.
Fransa prezidenti Emmanuel Makron rəsmi olaraq mayın 14-də Fransua Ollandı postda əvəz edərək səlahiyyətlərinin icrasına başlayıb.
N.О.
www.oxu.az