Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fransada enerjiyə qənaət: Qatar səfərləri azaldılır
Fransada hökumət enerji çatışmazlığı səbəbindən qatarların hərəkətini ciddi şəkildə azaltmaq ssenariləri üzərində işləyir.
Hökumət rəsmiləri ölkənin rəsmi dəmiryolu şirkəti SNCF-ə elektrik enerjisinin verilişində ciddi fasilə yaranacağı təqdirdə qatarların sayını azaltmaq imkanlarını hərtərəfli nəzərdən keçirməyi tapşırıblar.
Yeni təyin olunmuş nəqliyyat naziri Klement Bon dəmiryolu, hava, avtomobil və dəniz nəqliyyatı ilə məşğul olan şirkətlərə qış dövrü üçün qənaət planlarını hazırlamaq üçün göstərişlər göndərib.
SNCF qənaət çərçivəsində görülən bir sıra tədbirlərə baxmayaraq, hazırda elektrik enerjisinə ildə təxminən 400 milyon avro xərcləyir.
Mənbə: Anadolu
"Fransa" teqi üzrə xəbərlər
- Fransada Rusiyanın iki telekanalına yayım qadağası
- Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı
- Xorvatiyanın baş naziri yığmanın Fransa üzərindəki qələbəsini Makrona gülərək işarə etdi
- Fransadan öz vətəndaşlarına xəbərdarlıq: "İranı tez tərk edin"
- Parisdə polis evsizlərin ələ keçirdiyi teatrı boşaltmağa çalışır