Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Fransada fermerlərin etirazları bir neçə bölgədə nəqliyyatın hərəkətini iflic edib - VİDEO
Fransada insanlar dizel qiymətləri, inzibati yüklənmə və ekoloji məhdudiyyətlərdən narazı olduqları üçün etiraz aksiyası keçirirlər.
Məlumata görə, təxminən 25 fermer Drom və İsere arasındakı A7 şosesində gecələyib. Sen-Pol-Trua-Şato və Sen-Rambert-d'Albon arasında yol bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb.
Kantal departamentində fermerlər A75 şosesində toplaşırlar. Bununla əlaqədar, səlahiyyətlilər Sen-Flour kommunasında bütün nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan ediblər. Brittani, Val-de-Luara və O-de-Frans bölgələrindəki bəzi yollarda da nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Mənbə: russian.rt
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ