Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransada iğtişaşlar: 700 nəfər saxlanılıb - YENİLƏNİB + FOTOVİDEO
Fransada etiraz aksiyalarına qoşulan insanların sayı 71 min nəfərə çatıb, onlardan 700 nəfər saxlanılıb.
Oxu.Az bildirir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunyes məlumat verib.
Qeyd edək ki, Fransada kütləvi etiraz aksiyaları noyabr ayının ortalarında hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb. Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib.
Ancaq etirazçılar təkcə bununla kifayətlənməyiblər.
“Sarı jiletlilər” Fransanın ən iri şəhərlərində kütləvi etiraz aksiyaları təşkil edərək hökuməti istefaya çağırırlar.
Oxu.Az yeniləndi!
Rəylər