İyulun 1-nə keçən gecə Fransada iğtişaşlar zamanı 80-ə yaxın polis əməkdaşı yaralanıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Fransada baş verən iğtişaşların dördüncü gecəsində əməliyyatlara xüsusi təyinatlılar da daxil olmaqla 45 min polis əməkdaşı cəlb edilib. Xüsusilə iki böyük şəhərdə - Marsel və Lionda vəziyyət daha xaotik olub. Orada etirazçılar binaları və nəqliyyat vasitələrini yandırıblar, ümumi yollarda 2560 yanğın baş verib. Talan halları da qeydə alınıb.
Həmçinin qeyd olunur ki, iğtişaşlar zamanı mindən çox avtomobil yandırılıb.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, hakimiyyət sosial şəbəkələr üzərindən etiraz aksiyalarına çağırış edənləri müəyyən etmək niyyətindədir.
Mənbə: İzvestiya
Rəylər