Fransanın hüquq-mühafizə orqanları hərbi bazada terror aktının hazırlanmasında şübhəli bilinən üç nəfəri həbs ediblər. Bu barədə Le Monde məlumat yayıb.
Oxu.Az xəbər verir ki, saxlanılan şəxslər – 17 yaşlı İsmael K., 19 yaşlı Antuan F. və 23 yaşlı Cebrail A.-dır. Ehtimal olunur ki, onlar İŞİD terror qrupunun tərəfdarları olan cihadçılardır.
Qeyd olunur ki, terrorçular internetdə kodlaşdırılmış proqram vasitəsilə bir-biri ilə əlaqə yaradıblar.