Fransada etirazlar zamanı iğtişaşlarda iştirak etdiyinə görə saxlanılanların sayı 521 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı paytaxt polis prefekturasına istinadən məlumat yayıb.
Onlardan 251 nəfəri Parisdə saxlanılıb. KİV-in məlumatına görə, toqquşmalar zamanı 13 asayiş keşikçisi xəsarət alıb
Ölkənin daxili işlər naziri Bruno Retayo mətbuat konfransında bildirib ki, aksiyalarda bütün ölkə üzrə təxminən 200 000 nəfər iştirak edib.
Fransada kütləvi etirazlar zamanı saxlanılanların sayı 327 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, çərşənbə günü səhər saatlarından etibarən Fransanın müxtəlif bölgələrində saxlanılmalar həyata keçirilib. Etirazlardakı iştirakçıların dəqiq sayı barədə məlumat verilmir.
Parisdə etirazçılar hökumətin təklif etdiyi sərt iqtisadiyyat tədbirlərinə etiraz olaraq küçələri bağlayır və tonqallar yandırırlar.
Fransada hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.
Oxu.Az bu barədə BFMTV kanalına istinadən məlumat yayıb.
"Hər şeyi bloklayın!" şüarı ilə keçirilən aksiyada saxlanılanların sayı 100 nəfəri ötüb. Onların əksəriyyəti Paris və paytaxta yaxın ərazilərdə yaşayan insanlardır.
Kütləvi etirazlar paytaxt Parislə bərabər, Marsel, Tuluza və digər şəhərlərdə də keçirilir.