Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransada məhkəmə binası qarşısında atışma olub: Ölən var
Fransanın şərqindəki Müluz kommunasında məhkəmə binası qarşısında bir neçə nəfərin açdığı atəş nəticəsində ən azı bir nəfər həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə Robert Şuman prospektində baş verib.
Məlumata görə, iki nəfər motosikletlə küçə ilə hərəkət edərkən məhkəmənin yaxınlığında dayanmış avtomobildən onlara yaxın məsafədən atəş açılıb. Motosikletçilərdən biri yerindəcə keçinib, ikincisi isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hücum edənlər qaçıblar.
Hazırda hadisə yerində məhkəmə polisinin müstəntiqləri işləyirlər. Əsas versiya kriminal elementlər arasında hesablaşma sayılır.
"Fransa" teqi üzrə xəbərlər
- Müasir Fransanın reallığı - xarici siyasətdəki səriştəsizlik
- Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı
- Makron Fransası ciddi sınaqlar qarşısındadır - "Kaspi"nin təhlili
- Avropadakı epimediya fransızları təşvişə saldı - Nazirdən ÇAĞIRIŞ
- Hakan Fidan Fransanın Suriya reaksiyasına od püskürdü: "Mən də PKK-çıları Fransada həbs edim"
Rəylər