Fransada məktəbli musiqi müəllimini bıçaqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Fransanın şimal-şərqində orta məktəbdə dərs zamanı musiqi müəllimi 14 yaşlı şagird tərəfindən bıçaqlanıb. O, əvvəlcə hadisə yerindən qaçmağa cəhd edib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları qısa zamanda onu həbs ediblər.
Hücumdan sonra müəllim xəstəxanaya aparılıb.
Şübhəlinin həbs zamanı özünə xəsarət yetirdiyi və onun da yerli xəstəxanaya aparıldığı bildirilir.