Fransada keçirilən fotosessiyalarda və ya Paris moda həftəsində iştirak edən modellər, ciddi çəki çatışmazlığının olmamasına dair tibbi arayış təqdim etməli olacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə Fransız hakimiyyətinin mayın 5-də dərc edilmiş fərmanında deyilir.
Burada 2015-ci ildə qəbul edilmiş həddən artıq arıq modellərə qarşı qanunun realizəsinin detalları təsvir edilib.
Normadan aşağı çəki indeksi olan modelləri işə qəbul edən fransalı iş adamları altı aya qədər həbs və ya 75 min avro cərimə cəzası ala bilərlər. Fərman mayın 6-dan qüvvəyə minir.
Bundan başqa, oktyabr ayından etibarən modellərin reklam üçün işlənmiş fotolarında xüsusi işarə olmalıdır. Bununla da Fransanın Səhiyyə nazirliyi əlçatmaz gözəllik ideallarının yayılmasının və gənclər arasında anoreksiya xəstəliyinə düçar olmanın qarşısını almaq istəyir.
N.О.