Cinslərin bərabərliyi məsələsi sən demə, hələ də ictimai ehtirasları dilə gətirir. Fransanın Nant şəhərinin bir neçə məktəbində keçirilən “Ətəyin altında nə var?” aksiyası qalmaqala səbəb oldu.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, müəllimlərin iddia etdiklərinə görə, may ayının 16-da Ümumdünya homofobiya və transfobiya ilə mübarizə günü ərəfəsində “Seksizmə qarşı mübarizə” gününün keçirilməsi ideyası şagirdlərə məxsusdur.
“Oğlan və qızlara, böyüklərə və uşaqlara bu gün tədris müəssisəsinə üzərində “Mən seksizmə qarşıyam. Bəs sən?” yazılan stiker yapışdırılmış ətəkdə və ya kolqotqada gəlmək təklif edilirdi”, - Nant Akademiyasının saytında yazılıb.
Aksiyada iştirak etməyə 27 Nant məktəbi razılaşıb.
Bəzi valideynlər jurnalistlərə aksiyanın keçiriləcəyi barədə bilmədiklərini bəyan ediblər, bu il təşəbbüsə yalnız 7 məktəb qoşulub, qalan 20 məktəb keçən il buna bənzər tədbir keçiriblər.
Qeyd etmək lazımdır ki, LGBT-nin uzun müddətli aksiyalarından sonra İngiltərənin prestijli Ali məktəbi Kembric “qızlar üçün ətək, oğlanlar üçün şalvar” icbari formanı ləğv edərək, gənc transseksuallara dərsə ətəkdə gəlmək imkanı yaradıb. 2012-ci ildə Oksford da uzunillik nizamnaməsini dəyişərək tələbələri üçün dress-kodu ləğv etdi.