Ötən gün Baxşəliyevlər ailəsinin xoş günü olub.
Oxu.Az xəbər verir ki, teleaparıcı Zaur Baxşəliyevin anası Dilavər xanım, qardaşı Azər Baxşəliyev və qardaşı qızının dünən doğum günü olub.
Belə ki, aparıcının anası 60, qardaşı 36, qardaşı qızı isə 10 yaşını qeyd edib.
Zaur və həyat yoldaşı aparıcı Günay Baxşəliyeva ad günündən olan fotoları İnstagram səhifəsində paylaşıb.
Fotoların altında “Allah analarımıza dəyməsin” deyə şərh yazılıb.
Doğum günündən olan şəkilləri sizə təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az