Fransada üç günlük matəm elan olunub.
Oxu.Az-ın məlumata görə, Fransa Prezidenti Fransua Olland Parisdəki silsilə terror aktlarından sonra ölkədə üç günlük matəm elan edib.
Xatırladaq ki, noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.