Oxu.az trthaber-ə istinadən xəbər verir ki, Fransanın Marsel şəhərində bir binada meydana çıxan yanğın nəticəsində biri uşaq olmaqla, dörd nəfər həyatını itirib.
Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Marselin 12-ci bölgəsindəki dördmərtəbəli binanın girişində əmələ gələn yanğın tezliklə bütün binanı ağuşuna alıb.
Fransız mətbuatında yayılan məlumatlara görə, yanğından 20 nəfər xilas edilib. Ölənlərin biri uşaq, ikisi isə qadındır. Dördüncünün cinsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Marsel prokurorluğunda yanğının meydana çıxma səbəbləri araşdırılır.