Fransanın iş adamları və bankirləri bir neçə gün ərzində respublikada baş verən iğtişaşlara görə 1 milyard avrodan çox itki ilə üzləşiblər.
Bunu bazar ertəsi Fransa Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Jofrua Ru de Bezye deyib.
“Dəqiq rəqəm söyləmək hələ tezdir, lakin turizmə dəyən zərəri saymasaq, 1 milyard avrodan çox məbləğdən söhbət gedir. Bütün dünyada yayılan iğtişaşların videogörüntüləri Fransanın imicinə xələl gətirir. Şübhəsiz ki, rezervasiyalarda azalma olacaq, bəziləri artıq tətilləri ləğv edib”, - o bildirib.
MEDEF rəhbərinin sözlərinə görə, son günlər ərzində 200 mağaza tamamilə talan edilib, 300 bank filialı dağıdılıb.
Mənbə: TASS
Rəylər