Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DİN-dən zəlzələ ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara REAKSİYA - YENİLƏNİB + VİDEO
Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, itki ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Bu barədə Oxu.Az-a Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı DİN-dən bildirilib.
“Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”.
00:50
Zəlzələ ilə əlaqədar olaraq, dağıntı və itki barədə FHN-ə məlumat daxil olmayıb.
Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.
00:43
İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
00:07
Xəzər dənizinin Dağıstan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ paytaxt Bakıda, Sumqayıt və Abşeron yarımadasında da hiss edilib.
Yeraltı təkan Bakıdan 170 kilometr məsafədə 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ həmçinin Xaçmaz rayonunda da hiss edilib.
Rəylər