Fransanın Nigerin yeni hakimiyyəti ilə münasibətləri getdikcə daha da gərginləşir.
Bu gün səhər saatlarında Fransanın Nigerdəki səfirliyi üçün qaçaqmalçılıqla daşınan səhər yeməyi ələ keçirilib.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoya şərh yazan sosial şəbəkə istifadəçiləri fransızların sevimli kruassandan məhrum olduqlarını qeyd ediblər. Həmçinin əlavə edək ki, hazırda Fransanın Nigerdəki səfirliyi faktiki olaraq blokada şəraitindədir. Diplomatik nümayəndəliyin binası iki həftədir kondisioner olmadan fəaliyyət göstərir.
Xatırladaq ki, Nigerdə hərbi çevrilişdən sonra yaradılan “Vətənin Qurtuluşu Milli Şurası”nın Fransa ilə münasibətləri gərgin olaraq qalır.
Rəylər