Sentyabrın 16-24-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirak edəcək güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, sərbəst güləş millimizdə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (51 kq), Hacı Əliyev (65), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), İslam İlyasov (97 kq), Georgi Mesvildişvili (125 kq) yer alacaqlar.
Qadın güləşində ölkəmizi Mariya Stadnik (50 kq), Elnurə Məmmadova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) təmsil edəcəklər.
Yunan-roma güləşində isə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Maqomedxan Maqomedov (97 kq), Beka Kandelaki (130 kq) yarışacaqlar.
Azərbaycanın güləş millisinin dünya çempionatı üçün heyəti açıqlanıb - FOTO/VİDEO
Daha çox şəkil burada: PhotoStock.az
Rəylər