Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransalı nazir Trampa qəzəbləndi: İşlərimizə qarışma
Fransa xarici işlər naziri Jan-İv Le Drian ABŞ prezidenti Donald Trampdan ölkənin daxili işlərinə qarışmamağı xahiş edib.
Oxu.Az xəbər verir ki, o, bu çağırışla LCİ telekanalının efirində çıxış edib.
“Mən Trampa deyirəm, Fransa prezidenti də deyir ki, biz ABŞ-dakı debatlarda iştirak etmirik. İmkan verin ki, öz millətimizin həyatı ilə özümüz məşğul olaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Tramp Fransadakı hadisələr fonunda ölkə hökumətinə iqlimə dair Paris razılaşmasına son qoymağa çağırıb.
Xatırladaq ki, noyabrın 17-dən Fransada kütləvi etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları yanacağın qiymətinin artırılmasına etiraz edir.
Oxu.Az yeniləndi!
Rəylər