Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransalı siyasətçi: “Makron ölkəni hər cəhətdən məhv edir”
Fransada getdikcə daha çox siyasətçi Makronun adekvatlığına şübhə etməyə başlayıb.
Belə ki, Vətənpərvərlər partiyasının lideri Florian Filippot bildirib ki, Fransa prezidentinin bir çox bəyanatları çılğın görünür və çaşqınlıq yaradır. “İzvestiya” ilə söhbətində o vurğulayıb ki, fransız əsgərləri Ukraynaya getməyə qətiyyən həvəs göstərmirlər və hərbi avantüra, xüsusən də artıq NATO-ya yatırılan milyardlar fonunda Parisi məhv edə bilər.
“Bunlar Makronun məsuliyyətsiz bəyanatlarıdır, çünki biz fransızlar daimi eskalasiyaya deyil, dinc danışıqlara çalışmalıyıq. Biz vəziyyəti gərginləşdiririk, tanklar, təyyarələr, uzaqmənzilli raketlər və indi də əsgərlər göndəririk. Bunların heç biri məntiqli deyil. Bu narahatedicidir və sülhə töhfə vermir. Bu, Fransanın maraqlarına uyğun deyil”, - Filippo bildirib.
Siyasətçinin fikrincə, Makron bütün səviyyələrdə vəziyyəti qəsdən gərginləşdirir və ölkəni hər cəhətdən məhv edir ki, bu da onun psixi qeyri-sabitliyi ilə bağlıdır.
Filippo qeyd edib ki, Fransa üçün ideal həll NATO-dan çıxmaq və dinc dialoqun qurulmasına kömək edəcək diplomatik güc rolunu oynamaqdır.
Rəylər