Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Fransanın keçmiş prezidenti elektron qolbaq taxmalı olacaq](https://images.oxu.az/2025/02/07/rqcp2BKlYtHky0mcLZOAKgylclWbwq62qf7ovfcG:1200.jpg)
Fransanın keçmiş prezidenti elektron qolbaq taxmalı olacaq
Fransanın keçmiş Prezidenti Nikola Sarkozi bu gün dinləmə işi üzrə hökmün icrası çərçivəsində elektron qolbaq almaq üçün məhkəməyə getməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.
"Nikola Sarkozi bu gün telefon danışıqlarının dinlənilməsi işi üzrə elektron qolbaq taxmalıdır", - mənbə bildirib.
Onun məlumatına görə, səhər saatlarında qolbaq hələ taxılmamışdı.
Xatırladaq ki, ötən həftə Sarkozi hökmün icra şərtləri barədə məlumatlandırılması üçün Paris məhkəməsinə çağırılmışdı.
"Nikolya Sarkozi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər