Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fransanın Ukraynada istehsal etdiyi PUA və hərbi texnikalar Ermənistana göndərilir
Fransız şirkətləri tərəfindən Ukraynada istehsal olunan dron və texnika avadanlığının bir hissəsi Ermənistana ayrılır.
APA-ya Qərbdəki diplomatik mənbə bildirib ki, məhsulların təxminən 30%-i Ermənistan üçün nəzərdə tutulub.
Mənbə xüsusilə vurğulayıb ki, ilk yüklər artıq göndərilib.
Məlumata görə, bu ilin yayından etibarən Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçuş aparatları (PUA) və müxtəlif texnika, o cümlədən zirehli texnika üçün ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb.
Fransa Müdafiə Nazirliyinin birbaşa nəzarəti altında həyata keçirilən layihənin məqsədi Ukraynanın Rusiya ilə münaqişədə dəstəklənməsi olduğu bildirilsə də, sonradan Ermənistana da silah tədarükünə başlanılıb.
"Fransa" teqi üzrə xəbərlər
- Rəsmi Bakı Azərbaycan bayrağının Ermənistanda və Fransada yandırılmasını pisləyib
- Fransada cərrah 20 sm-lik aləti xəstənin qarnında unudub
- Fransa polisi şagirdlərə hücum edən 15 yaşlı yeniyetməni dindirə bilmədi
- İran nüvə böhranının həlli üçün ilk addımı atmağa hazırdır
- Avropada ən çox dövlət borcu olan ölkələr hansılardır?