Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransız fermerlər xarici dövlət nömrə nişanlı yük maşınlarının qarşısını kəsirlər
Fransada fermerlərin etiraz aksiyasının iştirakçıları xarici dövlət nömrə nişanlı yük maşınlarını saxlamağa və onlardan respublika hüdudlarından kənarda istehsal olunan məhsulları boşaltmağa başlayıblar.
Xüsusilə, Overn-Rona-Alp departamentinin Montelimar kommunası yaxınlığında A7 şosesində bir neçə yük maşını saxlanılıb. Maşınlarda olan tərəvəz və meyvələrin böyük hissəsi ölkə sakinlərinə ərzaq yardımı göstərən “Heart Restaurants” xeyriyyə birliyinə verilib. Qalan mallar yolun ortasına atılıb və ya yandırılıb.
“Bizim üzərimizə qoyulan şərtlərlə istehsal olunmayan daha bir xarici məhsul görmək istəmirik. Bütün bu məhsullar Fransada istehsal oluna bilər, lakin bu, çoxlu sayda qayda ilə məhdudlaşır”, - deyə fermerlər bildiriblər.
Qeyd edək ki, yanvarın 24-də Fransanın kənd təsərrüfatı işçilərinin ən böyük həmkarlar ittifaqı etirazçıların hakimiyyətə ünvanladığı tələblərin siyahısını dərc edib. Onlar, xüsusən də böhranda olan ayrı-ayrı sektorlar üçün “təcili əməkhaqqı cavabları” və maliyyə yardımı tələb edirlər.
Mənbə: BFMTV
Rəylər