Fransız hərbçiləri İŞİD terror qruplaşmasının partlayıcı ilə yüklənmiş avtomobilini məhv ediblər.
Oxu.Az bu barədə tvzvezda.ru-ya istinadən xəbər verir.
Kadrlarda avtomobilin tam sürətlə qumbaraatan və avtomatlardan atəş açan hərbçilərin mövqeyinə yaxınlaşdığı görünür. Avtomobil yaxınlaşdıqda raketlərdən biri ona tuş gəlir və parça-parça olur.
Britaniya KİV-də bu video aprelin 29-da dərc edilib, amma hadisə 2016-cı ildə baş verib. Fransız mətbuatında bu video ölkənin quru qoşunlarının Suriyada iştirakını sübut edən təkzibedilməz fakt hesab edilir.
N.О.
www.oxu.az