Fransa prezidenti Fransua Olland rəfiqəsi aktrisa Juli Qaye ilə münasibətlərini avqust ayında məzuniyyəti zamanı rəsmiləşdirməyə hazırlaşır.
Oxu.Az bu barədə “Parisien” qəzetinə istinadən xəbər verir.
Dövlət başçısının tətili 5 avqustda başlayacaq və cəmi 10 gün sürəcək.
“Artıq üç aydır Ollandın Jüli Qayla 12 avqustda nikaha girəcəyi barədə danışıqlar gedir”, - Ollandın prezident seçkilərində qalib gəldiyi Sosial partiyasından olan mənbə mətbuata bildirib.
Cütlüyün harada dincələcəyi barədə məlumat isə verilmir.
12 avqust tarixi təsadüfən seçilməyib, Olland məhz bu gündə 60 illiyini qeyd edəcək.
Məşhur astroloq Elizabet Tesye (Elizabeth Teissier) hələ fevral ayında prezidentin 12 avqustda nikah bağlayacağının mümkünlüyünü proqnoz vermişdi.
Xatırladaq ki, bu ilin yanvar ayında Fransa prezidentinin aktrisa Jüli Qayla gizli sevgi münasibətlərini sübut edən fotolar dərc edilmişdi.
Prezident bu faktı inkar etməmişdi, sadəcə vətəndaş nikahında olduğu fransız jurnalisti Valeri Triyerveylerlə münasibətlərinin çətin mərhələsini yaşadıqlarını bildirməklə kifayətlənmişdi.
Daha sonra isə Olland Valeri ilə münasibətlərinin başa çatdığını bəyan etmişdi.