Bu barədə Donetsk şəhər şurasının saytı xəbər verib.
“Bu ərazidə yaşayan sakinlərdən küçəyə çıxmamağı, ev və mənzillərindən uzaqlaşmamağı xahiş edirik”, şəhər şurasının nümayəndələri yazıb.
Oxu.Az Unian-a istinadən xəbər verir ki, onlar həmçinin “Qərb” vağzalının bağlanmasına diqqət yetirirlər. Ona görə də şəhər sakinlərindən bu istiqamətdən istifadə etməməyi xahiş edirlər.
Şəhər hakimiyyətinin verdiyi məlumata görə Dəmiryolu vağzalı ətrafı təhlükəlidir. Atəş nəticəsində onun yaxınlığındakı bazar yanıb.
“Sağ sektor”un lideri Dmitri Yaroş sosial şəbəkədə öz səhifəsində, ordunun könüllülər batalyonu ilə Doneskin qərbinə daxil olduqlarını yazıb.
“USQ-nin 93-cü briqadasının qabaqcıl bölükləri “Donbass”, “Dnepr” taburları və “Sağ sektor”un könüllüləri Donetskin qərbinə döyüşlə daxil olublar. Möhkəmlənirik...”, - Yaroş yazıb.