ATƏ qüvvələri Luqansk aeroportuna hücum edən separatçılara məxsus 2 tank və 1 “Qrad” məhv ediblər.
Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, separatçılar “Qrad” qurğusundan Luqansk ətrafında ATƏ (Antiterror əməliyyatı) qüvvələrinə atəş açıblar, zərərçəkən yoxdur.
Bu barədə Hərbi-siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçukun məlumatında deyilir.
“Terrorçular RSZO BM-21 “Qrad” ilə Luqanskın yaxınlığında Metallist qəsəbəsinin ətrafında ATƏ qüvvələrinin mövqelərini atəşə tutub. Buraxılan bütün reaktiv mərmilər mövqelərdən yan keçib. Zərərçəkən yoxdur”, - ekspert məlumat verir.
Onun sözlərinə görə, ATƏ ərazisində vəziyyət gərgin olaraq qalır. Daha çox qeyri-sabit vəziyyət Donesk, Qorlovka, Luqansk, Antrasit, Sverdlovsk şəhərlərindədir.
ATƏ qüvvələri Luqansk aeroportuna hücum edən separatçılara məxsus 2 tank və 1 “Qrad”ı məhv ediblər.