Dünya Bankının (DB) direktorlar heyəti Azərbaycanda əlavə iki layihənin realizə edilməsi üçün əlavə vəsaitin verilməsinə razılaşdı.
Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu barədə DB-nin dördüncü gün yayılmış məlumatında deyilib.
100 və 50 milyon dollar məbləğində kreditlər Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankı (BRİB) istiqamətində ayrılaraq “Məhkəmə xidmətləri və “ağıllı” infrastruktur” (JSSİP) və “Azərbaycan kənd investisiyaları” (AzRİP) layihələrinə yönləndiriləcək.