Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın "Almaniya üçün Alternativ" (AfD) partiyasının seçkidəki uğuru ilə bağlı etdiyi paylaşımından sonra onunla planlaşdırılan telefon danışığından imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı AFP agentliyinə istinad edərək "The Guardian" nəşri yayıb.
Agentliyin verdiyi məlumata əsasən, kanslerin sözçüsü qərarın dəqiq səbəbini açıqlamaqdan boyun qaçırsa da, bunun Mertsin iş qrafiki ilə əlaqədar yaranan problemlərdən qaynaqlanmadığını xüsusi vurğulayıb.
Rəsmi nümayəndə Trampın paylaşımı və telefon danışığının ləğvi arasındakı ehtimal olunan əlaqəyə dair heç bir fikir bildirməyib. Bununla belə, o əlavə edib ki, Merts Almaniyanın daxili işlərinə kənardan müdaxilə cəhdlərinə qarşı hər zaman qəti etirazını bildirib.