Federal Təhqiqatlar Bürosunun direktor müavini Endryu Makkeyb istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat verib.
E. Makkeyb ötən ilin may-avqust aylarında FTB direktorunun səlahiyyətlərini icra edib. İstefanın səbəbləri hələ ki, açıqlanmır.
“The New York Times” qəzetinə görə, Endryu Makkeyb Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmada fəal iştirak edib.
A.M.
www.oxu.az