Yaponiya hakimiyyəti 2011-ci il “Fukusima” AES-də baş verən qəzadan sonra radiasiyadan ilk ölüm halını qeydə alıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Reuters” Yaponiyanın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumatda bildirilib ki, 50-dən çox yaşı olan kişi yüngül xərçəngdən vəfat edib. O, müxtəlif atom stansiyalarında işləyib və qəzadan sonra iki dəfə “Fukusima”da olub. Ona onkoloji xəstəliklə bağlı diaqnoz 2016-cı ilin fevralında qoyulub. Ölən şəxsin ailəsinə kompensasiya ödəniləcək.
Rəsmi məlumatlara görə, “Fukusima”dakı qəza zamanı dörd nəfər radiasiyadan xəstələnib, bu isə ilk ölüm halıdır. Qəzadan dərhal sonra stansiyada ölən üç nəfər isə şüalanmadan vəfat etməyib.
2011-ci il martın 11-də Yaponiyada 9,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində “Fukusima – 1”-də qəza baş verib. Qəzadan sonra 160 min insan öz evlərini tərk etməli olub.