Ukraynanın Lutsk şəhərində keçirilən futzal üzrə turnirdə dava düşüb.
REN.TV-nin xəbərinə görə, Ukrayna milli komandasının sabiq oyunçusu və Moskvanın “Lokomotiv” klubunun futbolçusu Taras Mixalik Lutskda keçirilən futzal üzrə Milad turnirində dava salıb.
İdmançılar arasındakı münaqişə oyunçulardan biri kobud sürüşmə fəndi edib, rəqibə çırpıldıqdan sonra yaranıb. Bundan sonra Mixalik həmin futbolçu ilə əlbəyəxa olub. Digər futbolçular da davaya qoşulub.
Hər iki komandanın oyunçuları məşqçilərlə birlikdə mübarizəni dayandırmalı olublar.
Hakim keçmiş “Lokomotiv” oyunçusuna qırmızı vərəqə göstərib.
Qeyd edək ki, hazırda Taras Mixalik Lutsk “Volın” komandasında oynayır.