Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
G7 İrana çağırış etdi
Yeddilik Qrupu (G7) ölkələri Şimali Koreya və Rusiya arasında hərbi əməkdaşlığı pisləyib, həmçinin İranı Rusiyaya dəstəkdən imtina etməyə çağırıb.
Bu barədə G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin İtaliyanın şimalındakı Stresa şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş bəyanatında deyilir.
"Biz Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı kəskin şəkildə pisləyirik. Bu, BMT Təhlükəsizlik Şurası qətnamələrinin birbaşa pozulmasıdır", - sənəddə bildirilir.
G7 rəsmiləri həmçinin Rusiyaya ikili təyinatlı material və komponentlərin, eləcə də "bütün dünya şirkətlərindən, o cümlədən Çindən" hərbi istehsal üçün avadanlıqların tədarükü ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Mənbə: TASS